Müharibənin könüllü iştirakçısı olan - Əli Rəsulov

04 Sen 2021 20:11
102

Əli Xəqani oğlu Rəsulov 27.07.1998 -ci ildə Sabirabad rayonunun Qaragüney kəndində anadan olmuşdur. 2005-2016 -ci illərdə Sabirabad rayonu şəhid İlqar Qasımov adına tam orta məktəbdə təhsil almışdır. 2016 -cı ildə həqiqi hərbi xidmətə çağrılmış və 2018 -ci ildə xidmətini bitirmişdir. MMA -qaydasız döyüş idman növü ilə məşğul olmuş, Respublika birinciliyi medalı ilə təltif olunmuşdur. Maddi vəziyyətə görə idmanı yarıda qoyub, tikinti şirkətində santexnik kimi çalışmağa başlamışdır. 

2020 -ci ilin sentyabr ayında II Qarabağ müharibəsi başlayan zaman, Əli həmin ayın 28 -də müharibəyə yola salınır. Öz yoldaşlarından şücaətdə geri qalmayan Əli döyüş taktikasına görə komandirlərin əmri ilə bir neçə bölükdə döyüşmüşür. Olduğu hər yerdə öz qabiliyyəti və şücaəti ilə hörmət qazanmır. Bütün hücumlarda öndə olan Əli tabor komandiri, Cəbrayılda qəhrəmancasına şəhid olan "Canavar" ləqəbli polkovnik-leytenant Rəşad Quliyevin layiqli davamçısı olduğunu sübut edir. Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətində gedən ağır döyüşlərdə fəal iştirak edir. 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və " Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunur. Subaydır.

Allahverən Pərvizoğlu

Oxşar xəbərlər