Mükafat YAQUBOV: “Vətən yarımçıq olmur“

14 Noy 2020 09:29
105

Eşidin, ay nəsillər,
Vətən yarımçıq olmur.
Bu tayda bitən güllər,
O tayda tikan olmur.

Bakıda əsən xəzri,
Tumarlayır Təbrizi.
Savalanın saf mehi,
Oxşayır körpəmizi.

Elin o baş, bu başı,
Hər qayası, hər daşı,
Çəpərlə bölünsə də,
Ayıramaz qardaşı...

Urmuya dəyən güllə,
Leriki yaralayır.
Qarabağ şəhidinə,
Meşkin matəm saxlayır.

Bu tayın azad səsi,
O tayda əks-sədadı.
Xocalının naləsi,
Ərdəbilə yaradı.

Azərbaycan vətəndir,
Cənub-şimalı yoxdur.
Düşmən yoldan ötəndir,
Dini-imanı yoxdur.

Təbrizin mağarında,
Bakılı yallı gedir.
Arazın qırağında,
hay qolu bağlı gedir.

O tay bu taya bağlı,
Qəlbinin telləriylə.
Qisas alır adaxlı,
Xınalı əlləriylə.

Ortadan sədd olsa da,
Vətən bölünməz, qardaş!..
“Azər” həsrət qalsa da,
“Baycan” yenilməz, qardaş!..
Birlikdə bu qardaşlar,
Dillərdə dastan, qardaş!!!

                           Mükafat YAQUBOV


Lerik Rayon Kələxan kənd sakini Mükafat Yaqubovun oğlu, XTQ-ın zabiti, baş-leytenant Əliqismət Yaqublu 07.11.2020-ci il tarixində Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Oxşar xəbərlər