Müsəlman həkim yəhudi siam əkizlərinin həyatını xilas etdi – Foto

13 Sen 2021 17:21
12

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, müsəlman həkim yəhudi ailədən olan siam əkizlərinin həyatını xilas edib.

Əslən Kəşmirdən olan və Londonda yaşayan həkim Nur əl-Üveysi Cilani baş nahiyyəsindən birləşik olan siam əkizlərinin ayrılması üzrə uğurlu cərrahi əməliyyat keçirib.

Qeyd edək ki, doktor Cilani daha öncə başqa baş nahiyyələrindən birləşik olan 3 fərqli siam əkizlərinin də uğurlu ayırma əməliyyatını həyata keçirib. Buna görə də o, siam əkizlərinin ayrılması üzrə əməliyyatlarda dünyanın ən yaxşı mütəxəssislərindən biri hesab edilir.

Müsəlman həkim həmin uşaqların yəhudi olmasını bu cür şərh edib:

“Bütün ömrüm boyu dediyim kimi, bütün uşaqlar eynidir, dəri rəngləri və dinlərindən asılı olmayaraq. Uşaq uşaqdır”.

<span>Müsəlman həkim yəhudi siam əkizlərinin həyatını xilas etdi –</span><span xss=removed> Foto</span>

Oxşar xəbərlər