Nablusda İsrail qüvvələrinin hücumu nəticəsində bir fələstinli həlak olub, 75 yaralı var

25 May 2022 15:11
53

İsrail qüvvələri ötən axşam və gecə saatlarında Nablus şəhərinin şərq nahiyəsinə basqın edib. Bir fələstinli gənc həlak olub və 75 nəfər müxtəlif dərəcələrdə yaralanıblar.

Ambur.az bildirir ki, bunu SalamNews Fələstin mediasına istinadən xəbər verir.

Qeyd edilir ki, ötən gecə İsrail qüvvələrinin Nablusun şərqində “Yusif peyğəmbərin məzarı” ətrafına basqını zamanı 16 yaşlı bir fələstinli gənc başından aldığı güllə yarasından vəfat edib.

Məlumata görə, İsrail qüvvələri “Yusif Peyğəmbərin məzarı” ətrafında yəhudi dini ayinlərinin keçirilməsi üçün bura qüvvələr ezam ediblər. Fələstinlilərin etiraz etməsindən sonra baş verən qarşıdurmada 75 nəfər yaralanıb və xəsarət alıb.

Qeyd edək ki, İordan çayının qərb sahilinin şimalında yerləşən Nablus digər bölgələr kimi 1967-ci ildə İsrail tərəfindən işğal edilib. Bölgə İordan çayının qərbində fələstinli hərəkatların ən fəal olduğu inzibati ərazidir.

Oxşar xəbərlər