Nağara ustası Seyran Məhərrəmov

06 Sen 2021 20:57
393

Seyran Həsən oğlu Məhərrəmov 1964 -cü ildə Lənkəran şəhərinin Sütəmurdov kəndində anadan olmuşdur. 1979-cu ildə Lənkəran şəhər C.Cabbarlı adına 1 nömrəli Uşaq Musiqi məktəbinə daxil olub. Həmin məktəbdə nağara sinfinə daxil olmuş,1985-ci ildə musiqi məktəbi bitirmişdir. Həmin ildə Sumqayıt şəhər Soltan Hacıbəyov adına Musiqi Texnikomunun zərb alətləri şöbəsinə qiyabi olaraq daxil olmuşdur. 1987-ci ildə Lənkəran şəhər Həqiqət Rzayeva adına 2 nömrəli Uşaq Musiqi Məktəbində nağara müəllimi olaraq çalışmışdır. 1990-cı ildə musiqi texnikomunu bitirmişdir. 1997-ci ildən məzun olduğu Lənkəran şəhər C.Cabbarlı adına 1 nömrəli Uşaq Musiqi Məktəbində pedaqoji fəaliyyətini davam etdirmişdir. İşlədiyi dövr ərzində hazırladığı şagirdlər müxtəlif konkurslarda , respublika müsabiqələrində, konsertlərdə iştirak etmiş və yüksək nəaliyyətlər əldə etmişlər. Hal- hazırda məzun olduğu məktəbdə yeganə nağara müəllimi olaraq fəaliyyətini davam etdirir.

Allahverən Pərvizoğlu

Oxşar xəbərlər