Nardaranda iki lerikli fəhlə arasında dava olub, bir nəfər ölüb - Foto

13 İyl 2022 17:25
372

6 iyul, saat 21 radələrində Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə fəhlə işləyən Əlvan Hüseynovun xəsarət alması və aldığı xəsarətlərdən iyulun 10-da xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ambur.az xəbər verir ki, bu barədə Sabunçu rayon prokurorluğu məlumat yayıb.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişlə bir yerdə fəhlə işləyən Vasif Bayramov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Əlvan Hüseynovu itələyib. Nəticədə Əlvan Hüseynov yerə yıxılıb və başının daşa dəyməsi nəticəsində ağır xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılsada, aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Vasif Bayramov təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, hər iki şəxs Lerik rayonundandır. Dünyasını dəyişən Əlvan Hüseynov rayonun Günəşli, təqsirləndirilən şəxs qismində saxlanılan Vasif Bayramov isə Noda kəndindən olduğu bildirilir. 

Oxşar xəbərlər