Nazir Lerikin dağ kəndində biçin prosesində - Foto

07 İyl 2021 10:32
197

Lerik rayonunun dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşən Dizdipok kəndində taxıl biçini aparılıb. Biçin prosesinə dağlıq ərazilərdə, maili sahələrdə biçin üçün ixtisaslaşmış dağ kombaynları cəlb olunub.

Ambur.az xəbər verir ki, biçin prosesində iştirak edən kənd təsərrüfatı naziri İnam Kərimov yeni nəsil dağ kombaynlarını idarə edən mexanizatorlarla söhbət edib, fermerlərlə dağlıq ərazilərdə biçinlə bağlı fikir mübadiləsi aparıb.

Nazir jurnalistlərə açıqlamasında bildirib ki, respublikada taxıl biçini yekunlaşmaq üzrədir: “Bu günə kimi taxıl sahələrinin 87 faizində biçin prosesi başa çatıb. Artıq yalnız dağlıq və dağətəyi rayonlarda biçin gedir. Əvvəlki illərdə olduğu kimi bu il də taxıl biçini mütəşəkkil təşkil olunub, bu səbəbdən ötən illə müqayisədə biçin prosesini ən azı 10 gün tez yekunlaşdırmaq ərəfəsindəyik. Orta məhsuldarlıq çox yüksəkdir, respublika üzrə taxıl üzrə orta məhsuldarlıq 32 sentnerdən yuxarıdır, ayrı-ayrı taxılçılıq rayonlarında buğda üzrə orta məhsuldarlıq göstəricisi 40 sentneri keçib”.

İ. Kərimov qeyd edib ki, yüksək dağlıq ərazilərdə biçin apara biləcək xüsusi dağ kombaynlarının alınması sayəsində dağ kəndlərində, yüksək maili ərazilərdə biçin problemi köklü şəkildə həll olunub.

Xatırladaq ki, bu il Lerik rayonunda 3069 hektar sahədə payızlıq taxıl əkilib. Hazırda rayonda taxıl üzrə orta məhsuldarlıq 22 sentnerə yaxındır ki, bu da dəmyə əkinlər üçün normal göstərici hesab olunur.

Nazir Lerikin dağ kəndində biçin prosesində - Foto
Nazir Lerikin dağ kəndində biçin prosesində - Foto
Nazir Lerikin dağ kəndində biçin prosesində - Foto

Oxşar xəbərlər