1906-cı ildə Qori Müəllimlər Seminariyasını bitirən Müslüm Maqomayev Lənkərana gəlir. Burada dördsinifli şəhər məktəbində 5 il dərs deyir və eyni zamanda burada talış mahnılarını yığmağa başlayır.
Bəstəkarın lənkəranlı dostlarından biri Mirzə Əbülfəz Əsədullayev soruşur:
-Müslüm müəllim, neçə ildir çəltik zəmilərində oxuyan qızlardan, qadınlardan nəğmələr toplayırsan, bəs bu nəğmələr yığılıb qurtarmadı?
M.Maqomayev cavab verir:
-Nə dərayda balıq qurtarar, nə də Talışda nəğmə.
Böyükağa Hüseynbalaoğlu, Mirhaşım Talışlı, “Lənkəran”. Səh.142.
Nəriman Azəri