Neftçalada 688 tondan çox meyvə tədarük olunub

12 Sen 2021 07:11
274

Neftçalada kənd təsərrüfatının əsas sahələrindən olan meyvəçilikdə uğurlu nəticələr olunub. Dövlət tərəfindən kənd təsərrüfatı sahəsinə göstərilən diqqət və qayğı o, cümlədən subsidiya və güzəştlərdən yararlanan fermerlər bağlardan bol məhsul tədarük edib.

Ambur.az AZƏRTAC-a istinadən xəbər verir ki, Neftçala rayon Statistika İdarəsindən verilən məlumata görə cari ildə rayon üzrə 593,9 hektar çoxillik meyvə sahəsindən 688,2 ton meyvə toplanıb. Belə ki bu il rayon da 35,4 hektar alma sahəsindən 119,5 ton məhsul yığılıb. Həmçinin 14,1 hektar armud sahəsindən 53,1 ton məhsul toplanıb. Ərik bağlarının payına düşən 18,1 hektar sahədən isə 59 ton məhsul əldə edilib. Göstəricilər 6,7 hektar albalı sahəsindən 13,8 ton, 11,2 hektar şaftalı sahəsindən 27,6 ton, 43,6 hektar gavalı sahəsindən 107,8 ton, 27,1 hektar alça sahəsindən 163,1 ton, 11,7 hektar gilas sahəsindən 26,9 ton, 19,1 hektar fındıq sahəsindən 12,9 ton, sair meyvə bağlarından isə 104,5 ton olub.
 

Oxşar xəbərlər