Neftçalada koronavirusa qarşı tədbirlər davam etdirilir

15 Avq 2021 08:46
50

Neftçala rayonunda koronavirus infeksiyasına qarşı tədbirlər çərçivəsində dezinfeksiya işləri davam etdirilir.

Ambur.az-ın "Report"un Muğan bürosuna istinadən məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirusun yarada biləcəyi təhlükənin qarşısını almaq üçün rayonda davamlı olaraq zəruri tədbirlər görülür.

Belə ki, COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə növbəti tibbi-profilaktik və dezinfeksiya tədbirləri aparılıb.

Tədbirlər əsasən şəhərin küçələrini, çoxmənzilli binaların giriş bloklarını, parkları, əhalinin daha sıx olduğu yerləri və digər əraziləri əhatə edib.

İnsanların sağlamlığının qorunmasının təmin edilməsi məqsədilə dezinfeksiya işləri mütəmadi olaraq davam etdiriləcək.

Oxşar xəbərlər