Nigeriyada quldurlar tələbələri qətlə yetiriblər

24 Apr 2021 08:12
231

Nigeriyanın şimalında quldurlar girov saxladıqları üç tələbəni edam ediblər.

Ambur.az Report-a istinadən xəbər verir ki, bu barədə “Agency France Presse” agentliyi Nigeriyanın təhlükəsizlik və daxili işlər naziri Kadun Semuel Aruvana istinadən bildirib.

"Amansız cinayət törədilib, quldurlar üç girovu edam etdilər", - o qeyd edib.

Nazirin sözlərinə görə, hadisənin baş verdiyi kənd özəl Qrinfild universitetinə yaxındır.

Silahlı quldurlar əvvəl təhsil müəssisəsinə bir neçə gün əvvəl hücum ediblər. Yerli KİV-in məlumatına görə, onlar 23 tələbəni girov götürüblər. Girovların arasında 17 qız və 6 oğlan olub. Quldurlar tələbələrin qohumlarından külli miqdarda pul tələb ediblər. Cinayətkarlar təkliflərinin rədd edildiyi halda fiziki cəza ilə hədələyiblər.

Oxşar xəbərlər