Nüvədi sakinlərindən parlamentə müraciət: Ali Sovetin xəyanətkar fərmanı ləğv edilsin!

29 Apr 2021 14:02
282

“İrəvan Türk Cümhuriyyəti Zəngəzurla bağlı bütün gəlişmələri diqqət mərkəzində saxlayır və burada baş verən siyasi prosesləri izləyir. Bizim üçün əsas prioritet Zəngəzurun Qərb hissəsinə zaman-zaman buradan qanunsuz şəkildə çıxarılmış əhalimizin dönüb yaşamasıdır. Hüquqi mücadiləmizi də bu istiqamətdə aparırıq”.

Ambur.az-ın məlumatına görə, bu sözləri İrəvan Türk Cümhuriyyəti (İTC) Millət Şurasının sədri, professor Qafar Çaxmaqlı deyib. 

O əlavə edib ki, Zəngəzurun bir parçası olan Nüvədi kəndi ilə bağlı həssaslıq da bununla əlaqədardır: "Ermənilər bu kəndi dağıdır, bütün maddi mədəniyyət abidələrimizi məhv edirlər. Bir an öncə Nüvədi ilə bağlı verdiyimiz bəyanat doğrultusunda bütün məsələlər həll edilməlidir. Bir ay əvvəl verdiyimiz bəyanatdan sonra 500 nəfərdən artıq nüvədili bizə müraciət etmişdir. Onlar 1929-cu il Nüvədi kəndinin Ermənistana verilməsi və bunun təsdiqi ilə bağlı Azərbaycan  SSR Ali Sovetinin 7 may 1969-cu il tarixli xəyanətkar fərmanının ləğv edilməsini istəyirlər”.   

Xatırladaq ki, İTC Millət Şurası adından Azərbaycan Respublikası Milli Məclisin sədri Sahibə Qafarovaya ünvanlanan müraciətə Nüvədi kəndinin keçmiş sakinləri olan 500 nəfərin imzaları əlavə olunub. Müraciətin mətnində qeyd edilir ki, XIX əsrdən başlayaraq erməni şovinistləri Azərbaycan xalqına və dövlətçiliyinə qarşı düşmənçilik siyasəti aparıblar. Bu cinayətkar əməllər azərbaycanlıların Qərbi Azərbaycan torpaqlarından soyqırıma uğradılaraq təqib olunmalarına, qətliamlarına, qovulma və tamamilə deportasiya olunmalarına gətirib çıxarıb:

“Nüvədi kəndi mənfur erməni siyasətinin sonuncu qurbanı olub. Uzun müqavimətdən sonra 1991-ci ilin 7 avqustunda ulu öndər Heydər Əliyevin təbirincə desək, qəhrəman nüvədililər də öz doğma yurdunu tərk etmək məcburiyyəti qarşısında qalıblar. Öz ata-baba torpaqlarını tərk edib Azərbaycan Respublikasında məskunlaşmağa məcbur olmuş Nüvədi kəndinin sakinləri İrəvan Türk Cümhuriyyətinin Millət Şurasına müraciət ediblər. Onlar bildirirlər ki, onsuz da viran edilərək xarabazara çevrilmiş Nüvədi  kəndini erməni vandalları son günlər yenidən dağıtmağa girişib. Belə ki, tarixi abidələri, yaşayış evlərini, hətta qəbirləri belə bulduzerlərlə kürüyərək düzənlik edir, kəndin son qalıqlarını da yox etməyə çalışırlar. Vəhşi ermənilərin bu iyrənc əməlləri nüvədililəri haqlı olaraq hiddətləndirib və onları durdurmaq üçün İTC-dən bu vandalığı ictimailəşdirməyi xahiş ediblər.

Azərbaycanın inzibati-ərazi vahidlərindən biri olan Nüvədi kəndi 1929-cu ilə qədər inzibati ərazi bölgüsü  cəhətdən  Azərbaycan Respublikasının Cəbrayıl qəzasına aid idi.  Kəndin Ermənistana hər hansı aidiyyəti olmayıb. Lakin Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası fəhlə, kəndli, qızıl ordu və matros deputatları Sovetlərinin Mərkəzi Komitəsinin Rəyasət Heyəti 18 fevral 1929-cu il tarixli iclasında  Nüvədililərin rəyini soruşmadan, qanunsuz qərar qəbul edərək Nüvədi kəndini Azərbaycan SSR-nin Cəbrayıl qəzasından ayıraraq Ermənistan SSR-nin Mehri qəzasının inzibati idarəetməsinə verib. Bu ədalətsiz qərar uzun müddət  təsdiqlənməyib, lakin fitnəkar düşmənlərimizin məkrli tərtibləri ilə 26 noyabr 1968-ci ildə Azərbaycan KP MK-nın Bürosunda baxılıb və Azərbaycan  SSR Ali Sovetinin 7 may 1969-cu il tarixli xəyanətkar fərmanı ilə təsdiqlənib. 18 oktyabr 1991-ci ildə qəbul edilən Müstəqillik haqqında Akta uyğun olaraq Azərbaycan Respublikası 1920-ci ildə sovet Rusiyası tərəfindən işğal olunan və ərazisi 114 min kv. km olan Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisidir. Bu baxımdan da sovet işğalı dönəmində heç bir referendum keçirmədən, Azərbaycan xalqının iradəsinin ziddinə olaraq Ermənistana bütün torpaqların qanınsuz verildiyini və onların geri istənilməsinin tam əsaslı olduğunu hesab edirik! 

Yüz minlərlə Azərbaycan Türkünü vəhşicəsinə qətl edən, bir sözlə son yüz ildə Azərbaycan xalqına və bütövlükdə Türk millətinə qarşı misli görünməmiş soyqırım torədən erməni vandalları indi də təbiətimizi, kəndlərimizi və qəbirlərimizi soyqırıma uğradır. Bu məsələyə dərhal münasibət bildirməyi zəruri edən hallardan biri də odur ki, hal-hazırda Nüvədi kəndini məhv edən texnika hələ də oradadır. 1969-cu ildə Nüvədi kəndinin Ermənistana verilməsinə dair Azərbaycan SSR Ali Sovetinin qərarını qanunsuz hesab edir və Sizi, o qərarı müzakirə etməyə və onu ləvğ etməyə çağırırıq. Erməni vandallığını təsbit edən bu faktın dünya birliyinin diqqətinə çatdırılmasında Sizin qəbul edəcəyiniz qərarın necə böyük əhəmiyyət daşıyacağını və Azərbaycanın haqlı movqeyini bir daha gücləndirəcəyini bildiririk. Sizə öncədən təşəkkür edir və hər zaman Azərbaycan dövlətininin yanında olacağımızı və bütün milli məsələlərdə dəstək verəcəyimizi ifadə edirik. Zəngəzura dönmək üçün ilk addım kimi Nüvədi kəndinin Ermənistana verilməsi ilə bağlı 1929-cu il qərarı ləğv edilməlidir”.

Nüvədi sakinlərindən parlamentə müraciət:  Ali Sovetin xəyanətkar fərmanı ləğv edilsin!
Nüvədi sakinlərindən parlamentə müraciət:  Ali Sovetin xəyanətkar fərmanı ləğv edilsin!
Nüvədi sakinlərindən parlamentə müraciət:  Ali Sovetin xəyanətkar fərmanı ləğv edilsin!
Nüvədi sakinlərindən parlamentə müraciət:  Ali Sovetin xəyanətkar fərmanı ləğv edilsin!
Nüvədi sakinlərindən parlamentə müraciət:  Ali Sovetin xəyanətkar fərmanı ləğv edilsin!
Nüvədi sakinlərindən parlamentə müraciət:  Ali Sovetin xəyanətkar fərmanı ləğv edilsin!

Oxşar xəbərlər