“Ölkədəki işsizlik faizi standartlara uyğun gəlmir“- EKSPERT

06 İyl 2020 08:18
208

Azərbaycanda yenidən işsizlərə 190 manatın verilməsinə başlanılıb. Bundan əvvəl də 600 min işsiz vətəndaşa birdəfəlik 190 manat ödəmə həyata keçirilmişdi. Maraqlıdır ölkədə işsizlərin 100 minə yaxın olduğu deyilsə də, 600 min vətəndaşa işsiz kimi ödənişin ödənməsi necə mümkündür? Burada məşğulluq mərkəzlərinin şişirtmə göstəriciləri ola bilərmi?

Bu barədə ambur.az-a danışan iqtisadçı ekspert Akif Nəsirli dedi ki, məşğulluq mərkəzlərinin göstərdiyi statistik faizlərin doğru olmadığını deyir:

“Pandemiya başlayana qədər Dövlət Statistika Komitəsin dediyinə görə 97 min işsiz insan var idi. Sonra isə 600 min nəfərə işsiz olduğuna yardım verildi. 100 min insannın isə müraciəti yerinə yetirilmədi. Çünki müxtəlif məlumatlar tələb olundu. Amma realda o insanlar işsiz idi. Statistika Komitəsi rəqəmlərdə şişirtmə aparır”.

Oxşar xəbərlər