Ordumuz işğal altında olan vacib yüksəkliklər uğrunda döyüş aparır

27 Sen 2020 12:25
153

Azərbaycan Ordusunun bölmələri cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murovdağı istiqamətlərində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparırlar.

Ambur.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir:

"Raket-artilleriya qoşunları və aviasiya vasitələri düşmənin komanda məntəqələrinə zərbələr endirir, manevr edən çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edirlər.

Bütün cəbhə boyu şiddətli döyüşlər gedir".

Oxşar xəbərlər