Pakistan prezidenti koronavirusa yoluxdu

29 Mrt 2021 17:32
166

Koronavirus əleyhinə vaksinin birinci dozası vurulan Pakistan Prezidenti Arif Alvi COVİD-19-a yoluxub.

Ambur.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə o, Tvitter səhifəsində yazıb.

 

“Mənim test nəticəm pozitiv çıxdı. Allah bütün COVİD-19 xəstələrinə rəhm eləsin. Birinci doza vaksini qəbul etmişdim, ancaq antitellər ikinci dozadan sonra yaranmağa başlayır. İkinci doza bir həftə sonra vurulmalı idi. Xahiş edirəm, ehtiyatlı olmağa davam edin”, - deyə Alvi bildirib.

Xatırladaq ki, Pakistanın Baş naziri İmran Xan da birinci doza vaksindən sonra koronavirusa yoluxmuşdu.

 

 
 
 

Oxşar xəbərlər