Pedaqoq Rəsidə Məmmədova

02 Sen 2021 14:56
340

Rəsidə Salman qızı Məmmədova 1969 -cu ildə Lənkəran şəhərində, ziyalı ailəsində anadan olmuşdur. Lənkəran şəhər 5 №li tam orta məktəbində 1986 -ci il 8 illik təhsil  bitirib, Lənkəran Pedaqoji texnikumunun ibtidai sinif müəllimliyi ixtisasına daxil olub. 
Rəsidə Məmmədova 1989-cu ildə oranı bitirib və şəhər 8 №li tam orta məktəbində ixtisası üzrə fəaliyyətə başlayıb.
1992-ci ildə Lənkəran Dövlət Universitetin cografiya fakültəsinə daxil olmuş və oranı  uğurla bitirmişdir. 
1998-ci ildən Lənkəran şəhər 9 №li tam orta məktəbində coğrafiya müəllimi kimi  çalışıb, işlədiyi illər ərzində təhsilimiz üçün vacib olan bir sıra layihələrdə fəal iştirak edib. O, 3 dəfə Respublikada təşkil olunan İNEPO -Dünya Ekologiya layihə olimpiadasına   şagirdləri ilə qatılıb və həvəsləndirici diplom qazanıblar. 2008-2013 -cü illərdə  Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəllimlər üçün təşkil etdiyi İNTEL Gələcək Üçün Təhsil layihəsinin həyata keçirilməsində təlimçi müəllim kimi fəaliyyət göstərib.

2019-cu ildə DİQ müsabiqəsinə qatılmış, müsabiqənin imtahan və müsahibə mərhələsindən uğurla keçmiş, ehtiyat  kadr kimi DİQ üçün qeydiyyata  alinmişdir. 2019 -cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi   Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsınin qalibi olmuşdur. Təklif  etdiyi “Ürəklərə gedən ipək yol” layihəsi rayonda uğurla həyata keçirilib. Yaradıcı və  təcrübəli müəllim kimi Rəsidə Məmmədovanın dəfələrlə rayon miqyasinda açıq dərsləri  təşkil olunmuş və qabaqcıl iş təcrübəsinin yayılması təklif olunmuşdur. 

2020 -ci ildən Rəsidə Məmmədova Lənkəran şəhər 10 №li  tam orta məktəbində tədris  işləri üzrə direktor müavini vəzifəsində çalışır.

Aləlidir, iki övladi və dörd nəvəsi vardır.

             Allahverən Pərvizoğlu

Oxşar xəbərlər