Perzəkujə və II Qarabağ döyüşlərində şəhid olan Lerik şəhidlərinin xatirəsinə şeir həsr olunub

27 Sen 2021 18:33
509

Lerik rayon Perzəkujə kəndinin və II Qarabağ döyüşlərində şəhid olan Lerik şəhidlərinin əziz xatirəsinə şeir həsr olunub

       ŞƏHİDLƏR ÖLMƏZ
Şəhidlik məqamı uca zirvədir,
Hərkim istəsədə yüksələ bilməz.
Allahın yanında yücə zirvədir,
Allah dərgahında şəhidlər ölməz.


Zülfüqar tankıyla əzdi düşməni,
Məhv etdi ağlatdı, kəsdi düşməni,
Cəlal bir həmləylə basdı düşməni,
Düşmənə bir ibrət dərs oldu bu dərs.
Şəhidlər ölməzdir, şəhidlər ölməz!


Əbülfət qaldırdı göyə bayrağı,
Düşmənin qəlbinə o çəkdi dağı,
Qorxudan gizləndi, dağıldı yağı,
Vətən bölünməzdir, şəhidlər ölməz!
Şəhidlər ölməzdir, şəhidlər ölməz!


Talış diyarının qəhrəmanları,
Kitabəli, Kənan şir aslanları,
Ucaltdı göylərə Azərbaycanı,
Sizin qarşınızda baş əyir hər kəs.
Şəhidlər ölməzdir, şəhidlər ölməz!


Siz babaların öz adlarısız,
Tarixə həkk olan qanadlarısız,
Babəkin, Həzinin övladlarısız,
Ot bitər kök üstə, heç zaman solmaz.
Şəhidlər ölməzdir, şəhidlər ölməz!


Kimdir qisas alan, kimdir zor edən,
Düşməni çökdürüb, gorbagor edən,
Şanlı bir zəfərlə hərbə zor edən,
Qoy bilsin düşmənlər, qoy bilsin hərkəs.
Şəhidlər ölməzdir, şəhidlər ölməz!


Qanınız bilin, yerdə qalmadı,
Əbülfəz, Amid qisası aldı,
Müzəffər ordumuz qələbə çaldı,
Yayıldı dünyaya gürultulu səs.
Şəhidlər ölməzdir, şəhidlər ölməz!


Tankçı Amid tək sirdaşınız var,
Cavadov Cəlil tək yoldaşınız var,
Əbülfəz Rəhmətov qardaşınız var,
Sizlər tək qəhrəman heç yerdə olmaz.
Şəhidlər ölməzdir, şəhidlər ölməz!


Artıq azad olub Kəlbəcər, Laçın
Qisas alınıbdır siz rahat yatın
Allah mucdəsiylə cənnətə çatın
Cənnətin ətri bol, gülü tükənməz
Şəhidlər ölməzdir, şəhidlər ölməz


Cəlalnan Cəlil qardaş oldular
Əbulfəth, Əbülfəz sirdaş oldular
Kənandan Amid, Kitabəli, Valeh
Ceyhunnan Zülfüqar yoldaş oldular
Burdan söyləyirəm qoy bilsin hər kəs
Şəhidlər ölməzdir, şəhidlər ölməz.

            Mehsun PERZƏ -27.09.2021

Oxşar xəbərlər