Polis ehtiyatsızlıqdan özünü güllələdi

13 May 2022 10:27
353

Füzulidə xidməti silahla ehtiyatsız davranan polis özünü öldürüb.

Ambur.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata, hadisə bu gün baş verib. Füzuli RPŞ-nin əməkdaşı İ.Qasımov yaşadığı Horadiz qəsəbəsindəki evdə ona təhkim olunmuş xidməti silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalar aparılır.

Oxşar xəbərlər