Polis əməkdaşı ölümlə nəticələnən ağır qəza törətdi

20 Noy 2021 20:44
345

Göyçayda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ambur.az “Report”-a istinadən xəbər verir ki, Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə rayonun mərkəzi hissələrindən birində qeydə alınıb. Göyçay Polis Şöbəsinin (RPŞ) Post Patrul Xidmətinin əməkdaşı, rayonun Potu kənd sakini, 1992-ci il təvəllüdlü Məmmədov Hüseyn Cavid oğlu xidməti avtomobillə hərəkətdə olarkən şəhər 3 saylı tam orta məktəbin qarşısında yolu keçən velosipedçi, 1992-ci il təvəllüdlü Qurbanov Fərid Bayram oğlunu vurub.

Yaralı aldığı ağır xəsarətlərdə elə hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər