Polis olduğunu deyərək qadınları şantaj edən şəxs saxlanıldı

01 May 2021 19:09
77

Bakıda özünü polis kimi təqdim edərək qadınları şantaj edən şəxs müəyyən edilərək tutulub.

Ambur.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) “Teleqram” kanalı məlumat yayıb.

 

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin həyata kerdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunan 1986-cı il təvvəllüdlü Elnur Sultanov saxlanılıb.

Həmin şəxsin əməllərindən zərər çəkənlərin polisə müraciət etmələri tövsiyə olunur.

Oxşar xəbərlər