Polisin şöbədə arvadını öldürdükdən sonra saxlanıldığı an - VİDEO

12 Apr 2022 16:46
181

Polis Şöbəsində arvadı Xanım Məmmədovanı öldürən serjant İsmayıl Məmmədovun məhkəməsi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq polis 18 il müddətinə azadlıqdan məhrum edilib.

Ambur.az xəbər verir ki, bu gün qətlin törədildiyi gün inzibati binanın dəhlizində təhlükəsizlik kameralarına düşən görüntülər üzə çıxıb.

Görüntülərdə hadisədən sonra İ.Məmmədovun qətli törətdiyi otaqdan çıxışı, saxlanılması və X.Məmmədovanın nəşinin aparılması əksini tapıb.

Qeyd edək ki, İsmayıl Məmmədov ötən ilin sentyabrında Nizami RPİ-nin 24-cü Polis Şöbəsində arvadı Xanım Məmmədovanı qətlə yetirib. O, özü də Nizami RPİ-nin əməkdaşı olub. Xanım Məmmədova əri tərəfindən döyülməsi ilə əlaqədar şikayət etmək üçün şöbəyə gəlib. Bu zaman rəis məsələni aydınlaşdırmaq üçün ərazidə xidmətdə olan İsmayılı şöbəyə çağırıb. O, azyaşlı övladlarının gözü qarşısında xidməti silahla 15 dəfə atəş açaraq qəsdən öldürüb.

Oxşar xəbərlər