Polşa və Çexiya səmasını Rusiya aviaşirkətlərinə bağlayır

25 Fev 2022 19:57
116

Polşa və Çexiya Rusiya təyyarələri üçün hava məkanını bağlayır.

Ambur.az-ın CNN-ə istinadən xəbərinə görə, Polşa Baş naziri Mateuş Moravietski Polşanın hava məkanının Rusiya təyyarlərinə bağlanması ilə nəticələnəcək qanun layihəsi hazırladığını bildirib.

Çexiyanın nəqliyyat naziri Martin Kupka isə “Twitter” bildirib ki, ölkəsi Rusiyaya məxsus bütün aviadaşıyıcıların hərəkətini sabahdan etibarən dayandıracaq.

“Biz bu gün gecədən etibarən Çexiya ərazisi ilə Rusiya aviadaşıyıcılarının əməliyyatlarını dayandırırıq”, - deyə nazir bildirib.

Qeyd edək ki, ötən gün Böyük Britaniya da Rusiyaya məxsus mülki təyyarələrin öz hava məkanı ilə uçuşlarnı qadağan edib.

Oxşar xəbərlər