Prezident “Azərbaycan” nəşriyyatının baş direktorunu işdən çıxardı

30 Sen 2021 16:55
70

“Azərbaycan” nəşriyyatının baş direktoru vəzifəsindən azad edilib. 

Ambur.az  xəbər verir ki, bu haqda Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sənədə əsasən, Ağabəy Məmməd oğlu Əsgərov “Azərbaycan” nəşriyyatının baş direktoru vəzifəsindən azad edilib. 

Xatırladaq ki, mətbuatda “Azərbaycan” nəşriyyatının binasında acınacaqlı vəziyyətlə bağlı yazılar yer alırdı. Binadakı otaqların nəşriyyata aidiyyəti olmayan şəxslərə icarəyə verilməsi, təmirin həyata keçirilməməsi ciddi narazılıqla qarşılanmışdı. Buna səbəb kimi Ağabəy Əsgərovun fəaliyyətini düzgün qura bilməməsi göstərilirdi. 

Oxşar xəbərlər