Prezident erməni dilində olan lövhəni belə sökdürdü - VİDEO

24 Dek 2020 14:18
255

Prezident İlham Əliyevin işğaldan azad edilən Qubadlı rayonuna səfəri zamanı Qəzyan kəndində gördüyü erməni dilində olan lövhənin sökülmə anının görüntüləri yayılıb.

Ambur.az AzTV-yə istinadən xəbər verir ki, Ali Baş Komandan Qəzyan kəndinin ərazisindən keçərkən ermənicə olan lövhəni görüb və maşını saxlayaraq onun sökülməsini tapşıraraq “sökmək lazımdır, gəlin sökün bunu” deyib.

Hərbçilər qısa müddətə həmin lövhəni sökərək yerə atıblar.

Daha sonra Prezident lövhənin üzərinə çıxaraq “Bax belədir, bilsinlər ki, bura Qəzyan kəndidir. Bunu aparsınlar Ermənistana” deyib.

Oxşar xəbərlər