Prezident İlham Əliyev Ağsuda səfərdə - Fotolar

12 Avq 2022 12:41
51

Avqustun 12-də Prezident İlham Əliyev Ağsu şəhərində səfərdə olub.

Ambur.az xəbər verir ki, səfər zamanı dövlət başçısı ulu öndər Heydər Əliyevin Ağsu şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, abidənin önünə gül dəstəsi qoyub.

Daha sonra şəhərin Bayraq meydanında Gənc Sənətkarlar Mərkəzinin və Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib.

Bundan başqa Prezident İlham Əliyev rayonda “Ağsu Aqropark” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə tanış olub.

Oxşar xəbərlər