Prezident yanacaqdoldurma məntəqəsinin direktorunu da medallarla təltif edib

24 İyn 2021 21:31
1056

Bu gün Prezident İlham Əliyev tərəfindən Vətən müharibəsindəki döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün mükafatlandırılanlar arasında ehtiyatda olan zabit -Baş leytenant Cavadov Polad Ümrəddin oğlu da var. 

Ambur.az xəbər verir ki, o, "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Qeyd edək ki, Cavadov Polad Ümrəddin oğlu Astara rayonunun Təngərud kəndində anadan olub. Müharibədən öncə Lənkəranda "Azpetrol" yanacaqdoldurma məntəqəsində direktor vəzifəsində xidmət edirdi. Hal-hazırda isə Astarada "Azpetrol" yanacaqdoldurma məntəqəsində direktor vəzifəsində xidmətini davam etdirir.
 

Oxşar xəbərlər