Professor, qastroenteroloq Əlihüseyn Heybətov

28 Avq 2020 06:34
1324

Tibb elmləri doktoru, professor-qastroenteroloq, Azərbaycan Respublikasının Əməkdar Həkimi, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsinin daxili xəstəliklər kafedrasının müdiri- Əlihüseyn HİDAYƏTOV

Əlihüseyn Alışan oğlu Hidayətov 1947-ci ildə Lerik rayonun Kəlvəz kəndində anadan olmuşdur.

Əlihüseyn Hidayətov 1970-ci ildə Azərbaycan Tibb İnstitutunu (hazırda Azərbaycan Tibb Universiteti) fərqlənmə diplomu ilə bitirmişdir. 1970-1972-ci illərdə Sovet Ordusu sıralarında alay tibb xidmətinin rəisi vəzifəsində qulluq etmişdir. 1972-1974-ci illərdə qastroenterologiya ixtisası üzrə kliniki ordinaturada təhsilini davam etdirmişdir. 1975-1988-ci illərdə Azərbaycan Elmi Tədqiqat Rentqenologiya, Radiologiya və Onkologiya İnstitutunda kiçik, sonra baş elmi vəzifələrində çalışmışdır. Azərbaycan 1988-1991- Elmi Tədqiqat Qastroenterologiya İnstitutunda baş elmi işçi vəzifəsini tutmuşdur.

1991- ci ildən Azərbaycan Tibb Universitetinin pediatriya fakultəsinin daxili xəstəliklər kafedrasının müdiri vəzifəsinə seçilmiş və hal-hazırda həmin kafedraya rəhbərlik edir. 1977-ci ildə Moskva vilayəti Elmi Tədqiqat-kliniki İnstitutunda namizədlik və 1990-cı ildə Moskva Tibb Akademiyasında doktorluq dissertasiyasını müdafiə etmişdir.

1992-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş qastroenteroloqudur.

1999-2000-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Elm və Texnika Komitəsində biologiya və tibbi problemlər şurasının sədri vəzifəsini aparmışdır. 2003-2006-cı illərdə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının tibb ixtisası üzrə ekspert şurasının sədri vəzifəsində çalışmışdır. 2006-cı ildən ATU-da fəaliyyət göstərən ixtisaslaşdırılmış müdafiə şurasının sədri vəzifəsini aparır.

Ə. Hidayətov 200-dən artıq çap olunmuş elmi işlərin, o cümlədən 14 dərslik dərs vəsaiti, monoqrafiya, metodik tövsiyə və 1 ixtiranın müəllifidir. Onun elmi işləri Yaponiya, Almaniya, Fransa, Amerika, Türkiyə və b. ölkələrdə çap olunmuşdur. Professor Ə.A. Hidayətovun rəhbərliyi altında 7 namizədlik və 2 doktorluq dissertasiyası müdafiə olunmuş, 3 namizədlik dissertasiyası sınaq müdafiəsindən sonra ixtisaslaşdırılmış müdafiə şurasına təqdim edilmişdir, 1 dokturluq dissertasiyası sınaq müdafiəsindən keçmişdir.

Professor Ə.A. Hidayətov Azərbaycan Qastroenteroloq və Hepatoloqlar cəmiyyətinin sədridir. Hazırda Ə.A. Hidayətov “Turkish journal of Gastroenterology” və Azərbaycan Tibb jurnalının redaksiya şurasının üzvüdür.

   Lerik-Lik (Tarixi, Ziyalıları, Təbiət mənzərələri)

Oxşar xəbərlər