Putin koronavirusa qarşı peyvənd olunub

23 Mrt 2021 20:15
229

Rusiya Prezidenti Vladimir Putinə koronavirusa qarşı peyvənd vurulub.

Ambur.az bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, peyvəndən sonra Putin özünü yaxşı hiss edir.

 

Maraqlıdır ki, Peskov Putinin hansı peyvəndən istifadə etdiyi açıqlamayıb. O bildirib ki, dövlət başçısının peyvənd olunması ilə bağlı foto və video yayılmayacaq.

“Dövlət başçısı onsuz da rus peyvəndlərinin təbliği üçün çox işlər görür”, - deyə Peskov əlavə edib. 

Oxşar xəbərlər