Qarabağ müharibəsi zamanı təhsilini yarımçıq qoyub, Ordu sıralarına qatılan Mastail kəndinin fəxri - Şəhid Əbülfəz Məmmədov

19 Yan 2022 16:13
264

Əbülfəz Sərdar oğlu Məmmədov 23 fevral 1968-ci ildə Lerik rayonunun Mastayıl kəndində anadan olub. 1975-ci ildə Mastayıl kənd orta məktəbinin birinci sinfinə qəbul olunub, 1985-ci ildə hənin məktəbin onuncu sinfini bitirib. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağrılaraq Sovet ordu sıralarına yola salınıb. Ordudan tərxis olunduqdan sonra Ali təhsil almaqdan ötrü sənədlərini Azərbaycan Dövlət Universitetinə verərək ora qəbul olunub. Universitetdə oxuduğu zaman Qarabağda baş verən hadisələr onu rahat buraxmırdı. Əbülfəzin narahatçılığını müəllimləri də hiss edirdi. Hətta bir dəfə oxuduğu fakültənin dosenti Əmrah Dadaşov səbəbini soruşduqda: “Heç, elə-belə, müəllim, hər şey qaydasındadı”, - demişdi. Nəhayət, ürəyi dözməyib 1992-ci ildə universitetin dördüncü kursunda təhsil alarkən təhsilini yarımçıq qoyub könüllü olaraq milli ordu sıralarına qoşulub. O, Qarabağ cəbhəsinin müxtəlif istiqamətlərində gedən döyüşlərdə iştirak etmiş və qəhrəmanlıqlar göstərib. Əbülfəz Məmmədov 1993-cü il yanvar ayının 19-da Ağdərə rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Doğulub, boya-başa çatdığı kənd qəbiristanlığında torpağa tapşırılıb. Hal-hazırda kənd məktəbi onun adını daşıyır.

Xalid Mahmud "Əbədiyyət yolçuları" kitabı

Oxşar xəbərlər