“Qarabağ”da çıxış etdiyim 6 ayı çarpayıların altında siçanlar olan otaqda və hər gün əriştə yeməklə keçirdim

30 İyl 2018 02:53
243

 


“Orda şərait çox pis idi. Qidalanmağımızı və yaşadığımız yeri nəzərdə tuturam. “Qarabağ”da çıxış etdiyim 6 ayı çarpayıların altında siçanlar olan otaqda və hər gün əriştə yeməklə keçirdim. Bu peşəkarlıq deyil”.



Bu sözləri Sportlife.az-a açıqlamasında "Qarabağ"ın U-19 komandasının makedoniyalı sabiq futbolçusu Boyan Miovski deyib. Makedoniyanın U-19 millisinin yarımmüdafiəçisi komandanın baş məşqçisi Rəşad Sadıqovun da mövcud vəziyyətdən xəbərdar olduğunu qeyd edib:


“Qaldığımız baza (söhbət “Ruslan 93” marketin yaxınlığındakı bazadan gedir - red) kluba məxsus idi. Baş məşqçimiz Rəşad Sadıqov da futbolçuların yaşadığı yerdən xəbərdar idi. On görə də, 6 aydan sonra komandanı tərk etməyə qərar verdim".


Qeyd edək ki, ötən gün “Qarabağ”ın U-19 komandasının makedoniyalı sabiq futbolçusu Oliver Stoymenovski də saytımıza açıqlamasında klubdan ayrılma səbəbini bərbad şəraitdə yaşamasıyla əlaqələndirmişdi.

Oxşar xəbərlər