Qardaş və bacı eyni yarışda

17 İyl 2021 08:45
69

Çexiyanın paytaxtı Praqada keçiriləcək cüdo üzrə Gənclərin Avropa Kubokunda çıxış edəcək millimizin heyətində iki isim xüsusi diqqət çəkir.

Ambur.az xəbər verir ki, millimizin şərəfini qoruyan Bəşirov Murad (73 kq) və Bəşirova Gülşən (48 kq) qardaş-bacıdırlar.

Qəbələnin Abrıx kəndindən olan hər iki cüdoçu "Qəbələ" İdman Klubunun yetirməsidir. Bu, 2003-cü il təvəllüdlü Gülşənin növbəti beynəlxalq yarışıdır. Ondan bir yaş böyük olan Murad isə ilk dəfədir nüfuzlu turnirə iştirak edir.

Oxşar xəbərlər