Qardaşı şəhid olan müharibə qəhrəmanı

24 Fev 2021 15:14
578

İskəndər Afat oğlu Tahirli 03 fevral 1995-ci ildə Lerik rayonunun Züvüç kəndində anadan  olmuşdur. 3 bacı 2 qardaş olmaqla ailədə 7 nəfər olublar. Uşaqlıq illəri doğulduğu kənddə keçib. 2001-ci ildə Züvüç kənd tam orta məktəbin 1-ci sinfinə daxil olur və 2012-ci ildə həmin məktəbin 11-ci sinfini başa vurur. Təhsilini başa vurduqdan sonra Gəncə Dövlət Universitetinə daxil olur və "Riyaziyyat-informatika" fakültəsini riyaziyyat ixtisası üzrə oxuyur. 2016-cı ildə universiteti bitirdikdən sonra, iyul ayında Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və Sülhməramlı Qüvvələrə xidmətə göndərilir. 

2017-ci ildə xidmətini başa vurduqdan sonra evinə qayıdan İskəndər yenidən 1 il də Gəncə Dövlət Universitetində ixtisasartırma oxuyur və Riyaziyyat müəllimli ixtisasına yiyələnir. 1 il Lerikin ucqar dağ kəndlərinin birində -Veri Əliabadı da müəllim işləyir. 

2020-ci il 27 sentyabrdan etibarən başlayan II Qarabağ müharibəsində iştirak etmək üçün 21 sentyabr tarixində könüllü olaraq Lerik rayon Hərbi komissarlığında qeydiyyatdan keçir və müharibədə iştirak etmək üçün döyüş bölgəsinə yollanır. Bu zaman İskəndərin kiçik qardaşı Şahin həqiqi hərbi xidmətdə olur. O, da qəhrəmancasına döyüşdə iştirak edir. Füzuli, Qubadlı və Şuşa uğrunda gedən ağır döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirir. 07 noyabr tarixində Şuşanın Daşaltı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Allahdan şəhid Şahinə rəhmət, ailəsinə səbr diləyirik.  https://ambur.az/ata-narahat-olmayin-her-sey-yaxsidir-men-arxadayam

İskəndərin döyüş yolu Füzuli istiqamətindən başlayır. Böyük şücaət və qəhrəmanlıqlar göstərən İskəndər Laçın koridorunun alınmasında da fəal iştirak edir. Daha sonra Şuşa və Xocavənd istiqamətində gedən ağır döyüşlərdə də iştirak edir, düşmənə sarsıdıcı zərbələr endirir və düşmənin xeyli sayda canlı qüvvəsini məhv edir. Müharibənin son gününə kimi döyüşdə qəhrəmancasına iştirak edən İskəndər 05 dekabrda ehtiyyata buraxılır. Hal-hazırda evindədir.

Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, könüllü əsgər Lerik rayonunun Züvüç kəndində anadan olan İskəndər Afat oğlu Tahirli "Füzulinin azad olumasına görə", "Xocavəndin azad olumasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Allah qorusun. Fəxr edirik. 
                            Ambur.az

Oxşar xəbərlər