Qazaxdakı mina partlayışı ilə bağlı cinayət işi açılıb

22 Sen 2021 16:39
88

22 sentyabr 2021-ci ildə Ermənistanla sərhəd olan Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində təmir işləri aparan zaman 1988-ci il təvəllüdlü Məmməd Mərdanov idarə etdiyi traktorla tank əleyhinə minaya düşməsi nəticəsində ölüb.

Ambur.az xəbər verir ki, Qazax Rayon Prokurorluğundan verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

Oxşar xəbərlər