Qazi Qurban Rəcəbov- QƏHRƏMANLARIMIZI TANIYAQ

26 Yan 2021 00:03
177

Qurban Mürüvvət oğlu Rəcəbov 10 iyun 1997-ci ildə Lerik rayonunun Coni kəndində, kasıb bir ailədə anadan olmuşdur. 2 qardaş olmaqla ailədə 4 nəfər olublar. Ata-anası xəstə olduğundan təhsilini yarımçıq qoyur və 4-cü sinifi bitirdikdən sonra Bakıya, işləməyə gəlir. Qurban xeyli müddət Bakıda fəhləliklə məşğul olur, xəstə ata-anasına kömək edir. 2015-ci ildə Lerik rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və Xüsusi Təyinatlı Qüvvələrin əsgəri kimi xidmət etməyə göndərilir. Xidmətini başa vurduqdan sonra evinə qayıdan Qurban yenidən ata-anasına kömək etmək məqsədilə Bakıya, işləməyə gəlir.

27 sentyabr 2020-ci ildən etibarən başlayan və 44 gün davam edən II Qarabağ müharibəsində Qurban 21 sentyabrda Lerik rayon Hərbi Komissarlığından könüllü olaraq qeydiyyatdan keçir və 21 sentyabrda təlimə göndərilir. Müharibə başladığı gündən, 27 sentyabr tarixindən Qurban döyüşə qatılır, Füzuli, Hadrut və Xocavəndin işğaldan azad olunması uğrunda gedən şiddətli döyüşlərdə fəal iştirak edir. Oktyabrın 5-də Füzuli uğrunda gedən ağır döyüşlərdə sağ qolundan qəlpə yarası alan qəhrəman oktyabrın 6-da Füzuli rayonunun Əhmədbəyli Hospitalına göndərilir. 

5 gün orada müalicə aldıqdan sonra yenidən döyüşə, döyüş yoldaşlarının yanına qayıdır. 29 oktyabrda mina partlaması nəticəsində Qurban bu səfər sol dizindən zədə alır, buna baxmayaraq heç bir şey olmamış kimi döyüşə davam edir, düşmənin xeyli sayda canlı qüvvəsini məhv edir və müharibənin son gününə kimi vuruşur. Müharibə başa çatdıqdan sonra Qurbanı Əhmədbəyli Hosbitalına gətirirlər. Qəhrəman əsgər Qurban Rəcəbov 7 gün Hospitalda müalicə aldıqdan sonra yenidən hərbi hissəyə qayıdır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı İlham Əliyevin qəlpə və güllə yarası alan əsgərlərin birinci təxris edilməsi ilə əlaqədar verdiyi sərəncamına əsasən, Qurban Rəcəbov dekabr ayının 12-də ehtiyyata buraxılır. Hal-hazırda Bakı şəh. Xəzər rayonu Binə qəsəbəsində, kirayədə yaşayır.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik rayonunun Coni kəndində anadan olan, könüllü əsgər Qurban Mürüvvət oğlu Rəcəbov "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Allah qorusun!

Oxşar xəbərlər