Qəbələdə dağlıq-meşəlik ərazidə yanğın başlayıb, helikopter cəlb olunub

01 Sen 2022 14:48
82

Qəbələdə dağlıq-meşəlik ərazidə yanğın başlayıb.

Ambur.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, yanğın Tikanlı kəndi yaxınlığında qeydə alınıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. Yanğınsöndürmə işlərini sürətləndirmək və geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə yanğınla mübarizə tədbirlərinə əlavə olaraq Aviasiya dəstəsinin bir ədəd helikopteri cəlb olunub.

Oxşar xəbərlər