QƏHRƏMANLAR UNUDULMUR- Şəhid Tahirov Firdovsi

23 Noy 2020 11:26
185

Tahirov Firdovsi Balaxan oğlu 18 fevral 1997-ci il Lerik rayonun Dico kəndində anadan olmuşdur. 2003-cü ildə Dico kənd orta məktəbin 1-ci sinifinə daxil olmuş, 4-cü sinifə qədər kənd orta məktəbində oxumuşdur. 2008-ci ildə şəhid Namiq Hacıyev adına Tikəband kənd tam orta məktəbin 5-ci sinifinə daxil olmuşdur. Dico kəndindən Tikəband kəndinə olan yolun məsafəsi 6 km olmasına baxmayaraq Firdovsi hər gün bu yolu təhsil almaq üçün gedib-gəlirdi. Məktəbdə tərbiyəsinə və təhsilinə görə bütün müəllimlərin sevimlisi idi. Çox çətinliklər çəkərək böyümüşdür. 2015-ci ildə həmin məktəbi yüksək nəticə ilə bitirmiş, imtahan verərək Azərbaycan pedoqoji unversitetinə daxil olmuşdur. Tarix fənni onun daha çox sevdiyi fənn olduğundan imtahanda 25 sualın hamısını doğru cavablandırmışdır. Heç bir repitetor yanına getmədən, təkcə orta məktəbdə oxuyaraq 520 bal toplamışdır. Təhsil aldığı Tikəband kənd orta məktəbində ingilis dili müəllimi olmadığından imtahanda ingilis dili fənnindən olan suallara cavab yazmaqda çətinliklər çəkmiş, sualların əksəriyyətinə yanlış cavab vermişdir. Bunun səbəbində də Firdovsinin balı hesablanaraq sonda 493 olaraq qalmışdır. Kasıb bir ailə olduğundan universitet xərclərini ödəməkdə çətinlikər çəkirdi. Firdovsi bütün bunları başa düşərək gecələr işləyib universitet xərclərini çıxarırdı. 2019-cu ildə universteti bitirib iyul ayında hərbi xidmətə yollandı. İlk xidməti Gəncədən başlamış və oradan Xüsusi Təyinatlıya könüllü olaraq yollanmışdır. Sonra Cəlilabadda Xüsusi Təyinatlı dəstədə xidmətə başlamışdır. Hərbidə həkim köməkçisi olmuşdur. Firdovsinin döyüş yolu 2020-ci ilin iyul ayında başlayan Tovuz döyüşlərindən başlayır. Könüllü olaraq Xüsusi Təyinatlılardan ibarət dəstədə Tovuz döyüşlərində iştirak etmişdir. 2-ci Qarabağ müharibəsində də Firdovsi iştirak etmiş, düşmənə sarsıdıcı zərbələr endirmiş, düşmənin xeyli sayda canlı qüvvəsini məhv etmişdir. Qeyri-bərabər döyüşdə düşmən gülləsinə tuş gələn Firdovsi sentyabr ayının 27-dən 28-nə keçən gecə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçməklə qəhrəmancasına şəhid olmuşdur. Allah rəhmət eləsin! Vətən sağ olsun!

Oxşar xəbərlər