QƏHRƏMANLAR UNUDULMUR- Şəhid Ruhid İslamlı

06 Dek 2020 08:07
3414

Ruhid Uğur oğlu İslamlı 01 aprel 1999-cu ildə Lerik rayonunun Çeşman kəndində anadan olmuşdur. Ailədə 4 nəfər olmaqla, 1 bacı və 1 qardaş olaraq böyüyüblər. 2000-ci ildə ailəsi ilə birgə Bakıya köçmüş və orada yaşamağa başlamışdır. 4 yaşından bağçaya, 2005-ci ildən isə Əhmədli Humanitar Fənlər Təmayüllü Məktəb Liseyinin 1-ci sinifə daxil olmuşdur. 2011-ci ildən Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən 315№-li məktəbdə təhsilini davam etdirmişdir.

Təhsil aldığı müddətdə, hələ kiçik məktəb yaşlarından başlayaraq, cüdo, cuicutsso, teakvondo, güləş, qaydasız döyüş, üzgüçülük və bir sıra digər idman növləri ilə məşğul olmuşdur. İştirak etdiyi idman növləri üzrə müəyyən dərəcələr də almışdır. Regional və Respublika səviyyəli rəsmi dövlət yarışlarında öz çəkisində yarışmalarda iştirak etmiş, 1 və 2-ci yerlərə yiyələnmişdir. Həmçinin məktəb fəaliyyəti dövründə də həm bilgi, Viktorina, olimpiada, Qəhrəmanımız həmçinin hərbi yarışlarda da iştirak etmiş və müxtəlif dərəcələr almışdır. Özü də bir sıra yarışma, flashmob və s. təşkil etmişdir.

Ruhid hələ məktəb dövründə ikən öz yaşıdları arasında zəkası, səlis nitqi, sosial aktivliyi və ən əsası isə vətənpərvərliyi ilə seçilmişdir. Onun vətənə, millətə, dövlətə olan sevgisi hələ uşaq ikən onu bu tipdə, milli ruhda olan tədbirlərin həm iştirakçısı həm də təşkilatçılığı ilə məşğul olmağa sövq etmişdir. Azərbaycan Gənclər Parlamenti cüdo, güləş, kikboksinq, şutboksinq, muay-tay, qaydasız döyüş və s. idman növləri ilə məşğul olmuşdur. Məşğul olduğu idman növləri üzrə beynəlxalq və regional tədbir və yarışlarda iştirak edib dərəcələr almışdır.


Azərbaycan Respublikası Çempionatında muay-tay uzrə yarışda dərəcə almış və həmçinin beynəlxalq turnirlərdə də iştirak etmişdir. 
2016-cı ildə Naxçıvan MR-nın Müəllimlər İnstitutunun Təhsildə sosial psixoloji xidmət ixtisasında təhsil almağa başlamışdır. Həmçinin 2-ci kursdan universitetdə YAP Gənclər təşkilatının sədri kimi fəaliyyətə başlamışdır. Gənclər birliyinə də sədrlik etmişdir. Azərbaycan Maarifçilər Assossiysiyasının üzvü olmuşdur. 
2018-ci ildə YAP-ın fəal gənc üzvü seçilmişdir. 
2020-ci ildə ali təhsilini başa vurmuşdur. 
29 iyul 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. 2-ci Vətən müharibəsində, 2020-ci il 27 sentyabrdan etibarən gənc əsgər, bölüyündən könüllü şəkildə ərizə yazmış, döyüşlərə qatılaraq rabitəçi kimi xidmətini davam etdirmişdir. 2020-ci il 6 oktyabr tarixində Ağdərə-Tərtər istiqamətində gedən şiddətli döyüşlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçməklə qəhrəmancasına şəhid olmuşdur. Şəhidin nəşi Bakı şəhər Suraxanı Rayonu, Dədə Qorqud qəsəbəsinə gətirilir və orada yerləşən qəbiristanlıqda torpağa tapşırılmışdır.

Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik rayonunun Çeşman kəndində anadan olan əsgər Ruhid Uğur oğlu İslamlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Allah rəhmət eləsin. Vətən sağ olsun! 

                  Ambur.az

Oxşar xəbərlər