QƏHRƏMANLARI TANIYAQ - Qazi Ağayev Şahin

22 Noy 2021 12:17
60

Şahin Sehran oğlu Ağayev 1977-ci ildə Lənkəran rayonunun Viravul kəndində anadan olub. 1983-1994-cü illərdə Lənkəran şəhər 7 nömrəli tam orta məktəbində, rus bölməsində təhsil alıb. 1995-1999-ci illərdə Bakı Dövlət Universiteti filologiya fakultəsini bitirib. 2001-2003-cü illərdə leytenant rütbəsiylə "N" saylı hərbi hissədə kəşfiyyat tağım komandiri, sonra xüsusi əməliyyat taborlarında xidmət edib.

27 sentyabr 2020-ci ildə başlanan II Qarabağ müharibəsində Ağayev Şahin Xüsusi Təyinatlı əməliyyat həmlə taborunda qrup komandiri vəzifəsində iştirak edir. Döyüş yolu Füzulidən başlayır və Cəbrayıl, Qubadlı, Xocavənd, Hadrut, Şuşaya qədər davam edir. Qəhrəman zabit Cəbrayıl istiqamətində gedən ağır döyüşlərdə yaralanır, ama buna baxmayaraq döyüşə davam edir. Şuşaya qədər vuruşan komandir Şuşa istiqamtində də ağır yaralanır. Onun dediklərinə görə; ölümlə daim üz-üzə olmuş, 5 dəfə ölüm onun yanından keçmişdir. Hal-hazırda II qrup müharibə əlilidir. Ailəlidir, 2 övladı var.

Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Şahin Ağayev "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları təltif olunub. Ehtiyatda olan baş leytenantdır. Allah qorusun, fəxr edirik!

Allahverən Pərvizoğlu

Oxşar xəbərlər