QƏHRƏMANLARI TANIYAQ - Qazi Raman Eyvazzadə

22 Noy 2021 16:01
45

Raman Zaman oğlu Eyvazzadə 1998-ci il dekabrın 15-i Lənkəran şəhərinin Ləj kəndində anadan olub. 2005-2017-ci illərdə Natiq Aslanov adına Ləj kənd tam orta məktəbində təhsil alıb. Uşaq yaşlarından vətənpərvərlik ruhunda böyüyən Raman orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Milli Orduda xidmətini başa vurduqdan sonra ehtiyata buraxılıb. 

2020-ci ildə başlayan II Qarabağ müharibəsi zamanı könüllü olaraq döyüşlərə qatılan Raman Ağcabədidə yerləşən "N" saylı hərbi hissəyə yollanır və orada silahla təmin olunur. Füzuli, Hadrut, Xocavənd, Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına iştirak edir. Döyüş zamanı ona təhkim olunmuş silahlardan məharətlə istifadə edir. Füzuli istiqamətində döyüşlərdə iştirak edərkən yaralanər və xəstəxanaya yerləşdirilir. Xəstəxanada olarkən döyüş yoldaşlarını tək buraxmamaq və Vətənə olan borcunu sona qədər, layiqincə yerinə yetirmək üçün təkrar xəstəxanadan çıxaraq döyüşə qatılır. Yaralı olduğuna baxmayaraq müharibənin son gününə qədər döyüş bölgəsində mübarizəsini davam etdirir. Yüksək iradə və əzmkarlıq göstərən Raman döyüş yoldaşlarının, dostlarının, yaxınlarının sevgisini və rəğbətini qazandır. 2021-ci il yanvarın 10-u Silahlı Qüvvələrdən təxris olunur. 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Raman Zaman oğlu Eyvazzadə “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilir. Allah qorusun. Fəxr edirik!

Allahverən Pərvizoğlu

Oxşar xəbərlər