QƏHRƏMANLARI TANIYAQ - Qazi Aslan Nuriyev

27 Noy 2021 10:05
212

Aslan Qafar oğlu Nuriyev 10 noyabr 1990-cı ildə Lənkaran rayonunun Parakənd kəndində anadan olub. 2008-ci ildə Parakənd kənd tam orta məktəbini bitirib 2009-2010-cu illərdə snayperçi vəzifəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2015-ci ildə Azərbaycan Resublikasının Silahlı Qüvvələrində müddətdən artıq xidmət etməyə başlayıb. 2016-cı ilin "Aprel döyüşləri"ndə Cocuqmərcanlı qəsəbəsinin və Lələtəpə yüksəkliyinin düşməndən azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib və böyük qəhrəmanlıqlar göstərib. 

2021-ci ilin sentyabr ayında başlanan II Qarabağ müharibəsində qəhrəman Aslan fəal iştirak edir, Cəbrayıl, Hadrut və Qubadlı uğrunda gedən şiddətli döyüşlərdə böyük şücaətlər göstərir. Cəbrayıl uğrunda gedən döyüşlərdə yaralanan Aslan müalicəyə ehtiyac duymur və döyüşə davam edir. Daha sonra Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə ağır yaralanır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Aslan Qafar oğru Nuriyev "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Cəsur döyüşçü" medallari ilə təltif olunub. Allah qorusun. Fəxr edirik!

Allahverən Pərvizoğlu

Oxşar xəbərlər