QƏHRƏMANLARIMIZI TANIYAQ- Çavuş Zahid Nəsirov

25 Noy 2020 09:10
508

Nəsirov Zahid İmanverdi oğlu 14 avqust 1987-ci il Lerik rayonunun Mastail kəndində anadan olmuşdur. Uşaqlıq illəri doğulduğu Mastail kəndində keçmişdir. Uşaqlıq illərindən vətənpərvər sevgisi ilə böyüyən Zahid valideyinlərinə kömək edən, idmanla məşğul olan biri olmuşdur. 6 nəfərdən ibarət bir ailə olmuşlar. 2 qardaş və 2 bacı olaraq böyüyüblər. 1993-cü ildə şəhid Əbülfəz Məmmədov adına Mastail kənd tam orta məktəbin birinci sinifə daxil olmuş və 2005-ci ildə orta məktəbi başa vurmuşdur.

Təhsilini başa vurduqdan sonra 2005-ci ildə Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və Naxçıvan Muxtar Respuplikasının Culfa şəhərinə yola salınır. Hərbi xidməti bitirdikdən sonra evinə geri qayıdan Zahid bir sıra işlərlə məşğul olmuşdur. Vətənə sevgisi, məhəbbəti yüksək olduğundan 2008-ci ildə könüllü olaraq yenidən hərbiyə MAXE kimi qayıtmışdır. Xidmətinin təxminən ilk 4 ilini Lənkəran şəhərində etmiş və sonra oradan Füzuliyə getmişdir.

Minaatan komandiri vəzifəsində işləmiş çavuş Nəsirov Zahid 2-ci Vətən müharibəsində Füzuli, Xocavənd, Hadrut istiqamətlərində gedən şiddətli döyüşlərdə yüksək igidlik və rəşadətlə döyüşmüşdür. Düşmənin hərbi texnikalarını, müşahidə postlarını və xeyli sayda canlı qüvvəsini məhv etmişdir. Hal-hazırda Füzulidə xidmət etməkdədir. Ailəlidir, 1 oğlu və 2 qızı var. Allah qorusun!

 

Oxşar xəbərlər