QƏHRƏMANLARIMIZI TANIYAQ- Şiriyev Hicran

07 Dek 2020 09:58
378

Hicran Mehman oğlu Şiriyev 1998-ci il yanvar ayının 20-də Lerik rayonunun Hamarat kəndində anadan olmuşdur. Ailədə 6 nəfər olmaqla 1 bacı 3 qardaş olaraq böyüyüblər. Hicran ailənin 3-cü övladıdır. 2004-cü ildə Hamarat kənd tam orta məktəbin 1-ci sinifinə qəbul olmuş və 2015-ci ildə orta təhsilini başa vurmuşdur. Hərbi xidmətə gedənə qədər kənd təssərrüfatı işləri ilə məşğul olmağa başlayır. 2016-cı il yanvar ayının 1-də Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Hicran Goranboy rayonunun Goran qəsəbəsində yerləşən "N" saylı hərbi hissəyə yola salınır. 20 iyul 2017-ci ildə həqiqi hərbi xidmətini başa vurduqdan sonra evinə qayıdır.

2-ci Vətən müharibəsində, 2020-ci il 27 sentyabrdan etibarən başlayan Vətən müharibəsində iştirak etmək üçün könüllü olaraq Lerik rayon Hərbi komissarlığında qeydiyyatdan keçmiş və baş atıcı vəzifəsində müharibədə iştirak etmişdir. Oktyabr ayının 13-də Füzuli rayonunun Abdurrəhmanlı kəndi istiqamətində gedən şiddətli döyüşlərdə yaralanmış və Füzuli rayon Şükürbəyli qəsəbəsindəki tibb məntəqəsinə yerləşdirilmişdir. Ağır yaralandığına görə Bakı şəhərinə gətirilmiş, 20 gün müalicədən sonra belində olan gülləni çıxartmaq mümkün olmadığın üçün bir aylıq məzuniyyətə buraxılmışdır. Güllə sinəsinin sağ tərəfindən girmiş və sol döş qəfəsində qalmışdır. Həyatı üçün təhlükəli olduğundan hələ də gülləni çıxartmaq mümkün deil.

Oxşar xəbərlər