QƏHRƏMANLARIMIZI TANIYAQ- Kərimbəyli Emin

08 Dek 2020 07:49
1035

Emin İlqar oğlu Kərimbəyli 11 noyabr 1994-cü il Lerik rayonunun Mastail kəndində anadan olmuşdur. Uşaqlıq illər doğulduğu Mastail kəndində keçmişdir. Orta təhsilini şəhid Ə.S.Məmmədov adına Lerik rayon Mastail kənd tam orta məktəbində almışdır. Orta təhsilini başa vurduqdan sonra 2013-cü ilin yanvar ayının 6-da Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və Gədəbəy rayonuna "N" saylı hərbi hissəyə yola salınır.

2014-cu ildə iyul ayınin 4-də xidmətini başa vurduqdan sonra evinə qayıdır. Ata-anasına kömək etmək məqsədilə bir çox işlərlə məşğul olmağa başlayır. Yenidən könüllü olaraq hərbiyə yazılan Kərimbəyli Emin 2016-cı ilin yanvar ayının 18-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Gizir hazırlıq kursu"na daxil oluş və həmin ilin aprel ayının 12-də bitirmişdir.

2016-cı ildən etibarən Milli Orduda Beyləqan rayonunda "N" saylı hərbi hissədə gizir kimi xidmət etməyə başlayır. 

Gizir Emin Kərimbəyli 27 sentyabr 2020-ci ildən başlayaraq, 44 günlük Vətən müharibəsində fəal iştirak etmiş, düşmənin 1 tank əleyhinə qurğusu, 1 tankı və 7 əsgər və zabitini məhv etmişdir. Füzuli rayonu uğrunda gedən şiddətli döyüşlərdə qollarından, ayaqlarının dizdən yuxarı hissələrindən, sol çiynindən, üzündən, dodaqlarından və sol gözündən qəlpə yarası alan gizir Kərimbəyli sentyabr ayının 29-da Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilir.

Sol gözündən əməliyyat olunub. Bir aylıq müalicədən sonra, oktyabr ayının 29-da xəstəxanadan çıxdıqdan sonra ayın 30-u yenidən döyüş bölgəsinə qayıdıb. Hal-hazırda Şuşa şəhərində xidmətini davam etdirir. Ailəlidir, 1 yaşında oğlu var.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik rayonunun Mastail kəndində anadan olan gizir Emin İlqar oğlu Kərimbəyli "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilir. Allah qorusun. Fəxr edirik!
                            Ambur.az

Oxşar xəbərlər