QƏHRƏMANLARIMIZI TANIYAQ- Qurbanəli Bayramov

30 Dek 2020 11:15
555

Qurbanəli Rövşən oğlu Bayramov 24 may 1999-cu ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olmuşdur. Uşaqlıq illəri doğulduğu Lənkəran rayonunun Girdəni kəndində keçmişdir. 2 qardaş olmaqla ailədə 4 nəfər olublar. 15 sentyabr 2004-cü ildə Lənkəran rayon Girdəni kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olmuş və 2016-cı ildə həmin məktəbin 11-ci sinifini başa vurmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1 il müddətində tibb kursunda oxumuşdur. Bayramov Qurbanəli 2017-ci ildə Lənkəran şəhər Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəyə göndərilir. 3 ay orada xidmət etdikdən sonra Goranboy rayon "N" saylı hərbi hissəsinə göndərilir. 2019-cu il yanvar ayının 1-də hərbi xidmətini başa vurduqdan sonra ehtiyata buraxılır. Qurbanəli ailəsinə kömək etmək məqsədi ilə bir müddət Bakı şəhərində "Al" marketdə müdür müavini vəzifəsində işləyir. 

2020-ci il 27 sentyabrdan etibarən başlayan II Qarabağ müharibəsində iştirak etmək üçün 29 sentyabr tarixində könüllü olaraq Lənkəran rayon Hərbi komissarlığından qeydiyyatdan keçərək müharibədə rabitəçi kimi iştirak etmişdir. Qəhrəman əsgər Cəbrayıl, Zəngilan, Qubadlı istiqamətində gedən şiddətli döyüşlərdə iştirak etmişdir. Hal-hazırda Xocavənd rayonundadır. Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, könüllü əsgər Qurbanəli Rövşən oğlu Bayramova "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmağına görə" medalları ilə təltif edilib. Allah qorusun.

Oxşar xəbərlər