QƏHRƏMANLARIMIZI TANIYAQ- Vüsal Xanmədov

08 Yan 2021 18:49
107

Vüsal İsa oğlu Xanmədov 20 avqust 1993-cü ildə Lerik rayonunun Əvilə kəndində anadan olmuşdur. Hal-hazırda Salyan rayonunun Qızılağac kəndinə yaşayır. 2011-ci ildə həqiqi hərbi xidmətdə olmuşdur. 2013-cü ildə xidmətini başa vuran Vüsal sərrast atıcı kimi III dərəcə ilə təltif olunmuş və kiçik çavuş kimi ehtiyyata buraxılmışdır.  

2020-ci il 27 sentyabrdan etibarən başlayan II Qarabağ müharibəsində iştirak etmək üçün 28 sentyabr tarixində könüllü olaraq Salyan rayon Hərbi komissarlığından qeydiyyatdan keçmiş və müharibədə iştirak etmişdir. Müharibənin könüllü iştirakçısı olan qəhrəman əsgər Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut və Şuşa uğrunda gedən döyüşlərdə yüksən şücaət və qəhrəmanlıq göstərmişdir. Vüsal noyabr ayının 6-da yaralanır və 10 gün müalicə aldıqdan sonra, 17 noyabrda yenidən döyüş bölgəsinə, döyüş yoldaşlarının yanına qayıdır.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, könüııü əsgər -Vüsal İsa oğlu Xanmədov "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Allah qorusun. Fəxrimizdir!

Oxşar xəbərlər