QƏHRƏMANLARIMIZI TANIYAQ- Qazi mayor Ramil Məlikov

27 Yan 2021 13:11
522

Mayor Ramil İsa oğlu Məlikov 22 sentyabr 1986-cı ildə Lənkəran rayonunun Boladi kəndində anadan olmuşdur. Orta təhsilini Boladi kənd 1saylı tam orta məktəbdə almışdır. 2002-cü ildə orta məktəbin 8-ci sinifini bitirərək C.Naxçanski adına hərbi liseyə qəbul olmuşdur. 2005-ci ildə liseyi bitirərək H. Əliyev adına Ali Hərbi Məktəbə qəbul olmuş və 2009-cu ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrin təlim-tədris mərkəzinin ixtisaslaşma kursunu bitirmişdir. Sonra 191 saylı hərbi hissəyə Moto-atıcı tağım kanandiri vəzifəsinə təyin olunub. Xidmətinin ilk günlərindən sərhəd zonasındadır. 2015ci il Aprel döyüşlərinin fəal iştirakçılarındandır. II Qarabağ müharibəsinin ilk günündən döyüşlərdə icazəsinə səhhəti ilə əlaqəli problem yaşamasına baxmayaraq fəal iştirak etmişdir. Düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv etmişdir. Qarabağ qazisidir. Allah qəhrəman qazimizə şəfa versin.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lənkəran rayonunun Boladi kəndində anadan olan mayor Ramil İsa oğlu Məlikov "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Allah qorusun. Fəxr edirik!

 

Oxşar xəbərlər