QƏHRƏMANLARIMIZI TANIYAQ - Polkovnik-leytenant Emin Quliyev

12 Yan 2022 23:51
279

Emin Fərman oğlu Quliyev 12 yanvar 1979-cu ildə Lənkəran şəhərində anadan olub.1986-1996 Lənkəran şəhər 2 nömrəli tam orta məktəbi bitirib. 1996 Bakı Ali Birləşmiş Komandirlər məktəbinə daxil olub. 2000-ci ildə hərbi məktəbi ləytenant hərbi rütbəsi ilə bitirib, motoatıcı tağım komandiri vəzifəsində Gəncə şəhər "N" saylı hərbi hissədə xidmətə başlayıb. 2003-cü ildə Tovuz şəhərinin Ermənistanla dövlət sərhədində müxtəlif postlarda bölük komandiri vəzifəsində xidmət edib. 

2006-cı ildə Tovuzun Ağdam kəndində, indiki şəhid general-mayor Polad Həşimov adına olan yüksəklikdə erməni bir zil tikinti materialı ilə posta girərkən, çaxır zavod deyilən bir ərazidə zilə-131 dşk silahı ilə atəş açaraq maşını qismən sıradan çıxarır. İkinci hadisə isə onların uaz markalı maşını həmin ərazidə bir postdan digərinə hərəkət zamanı Emin başqa bir zabit yoldaşı ilə qayalıqda əlverişli mövqey seçib pkm silahından atəş açır. Sürücü maşını kolLuğa buraxaraq, qaçır. 2011-ci ildə xidməti zərurətlə əlaqədar Tərtər ərazisində yerləşən düşmənlə təmas vəziyyətində olan "N" saylı hərbi hissədə müxtəlif ərazilərdə xidmət edib. 2014-cü ildə xidməti zərurətlə əlaqədar Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin müdafiyəsini təşkil etməklə komandir müavini vəzifəsində xidmət edib. 

2016-cı il "Aprel döyüşləri"ndə Azərbaycanın Milli Qəhramanı general-mayor Polad Həşimovun rəhbərliyi altında Talış yüksəkliklərinin azad olunmasında öz bölməsi ilə birgə döyüşdə iştirak edib. 2017-ci ildə təqaüdə çıxdıqdan sonra hərbi bilik və bacarığını gələcəyimiz olan məktəblilərə aşılamağı qərara alır. 2020-ci ilin sentyabr ayının 27-də başlanan 44 günlük Vətən müharibəsi zamanı Emin Quliyev həmin ayın 21-də Hərbi təlimlərə cəlb olunaraq, torpaqlarımızın azad olunmasında müharibəsin son gününə qədər iştirak edir.

Emin Quliyev polkovnik-leytenant hərbi rütbəsi alır və Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə "Qüsursuz xidmətə görə" III dərəcəli, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi" yubiley, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" yubiley, "Cəbrayılın azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilir. Ailəlidir, 3 övladı var. Allah qorusun. Fəxr edirik!

          Allahverən Pərvizoğlu

Oxşar xəbərlər