Qırmızı dənizdə İran gəmisinə partlayış oldu

07 Apr 2021 08:25
13

Qırmızı dənizdə İrana məxsus “Saviz” gəmisi hücuma məruz qalıb.

Bu barədə Ambur.az “Qafqazinfo”-ya istinadən xəbər verir.

“Al Arabiya” telekanalının məlumatına görə, insident Eritreya sahillərində baş verib. Telekanalın versiyasına görə, nəqliyyat vasitəsi İslam İnqilabı Keşikçiləri Korpusuna məxsusdur.

 

“N12” telekanalı da daxil olmaqla, İsrail KİV-i iddia edir ki, hücuma məruz qalan kəşfiyyat gəmisi olub.

“Tasnim”in yazdığına görə, “Saviz”dəki qəza göyərtəsindəki partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.

Agentliyin məlumatına görə, partlayıcı qurğu gəminin gövdəsinə bərkidilmiş mina ola bilərdi.

Oxşar xəbərlər