QMİ-nin şöbə müdiri koronavirusdan vəfat edib

17 Okt 2021 18:04
65

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) şöbə müdiri Əlirza Qafarov vəfat edib.

Ambur.az bildirir ki, bu barədə "Report"a mərhumun oğlu məlumat verib.

O bildirib ki, atası Ə.Qafarov 60 yaşında koronavirusdan dünyasını dəyişib.

Ə.Qafarov QMİ-nin Təşkilat şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, Ə.Qafarov bir müddət əvvəl koronavirusa yoluxmuşdu o, "Yeni klinika"da müalicə olunurdu.

Oxşar xəbərlər