“Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun!”- Mehriban Əliyeva

18 Okt 2020 09:59
269

“Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun!”

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə "İnstaqram" hesabında paylaşım edib.

Ambur.az xəbər verir ki, paylaşımda deyilir:

“Bu günlərdə bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, əzminin, birlik və həmrəyliyinin, Vətənə sadiqliyinin şahididir. 

Əminəm ki, xalqımızın məhz bu xüsusiyyətləri bizə qarşımızda dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, o cümlədən müstəqilliyimizi qoruyub saxlamağa hər zaman kömək edəcəkdir. 

Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun! Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!”
 

<span>“Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun!”-</span><span xss=removed> Mehriban Əliyeva</span>

Oxşar xəbərlər